• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-dan işçi heyətinin azaldılması ilə bağlı AÇIQLAMA

SOCAR-dan işçi heyətinin azaldılması ilə bağlı AÇIQLAMA
20.04.2022 21:09
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.

"Qafqazinfo”nun xəbərinə görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidməti məlumat yayıb.

Şirkətin yaydığı açıqlamada deyilir: 
 
"Qeyd edilməlidir ki, əsaslı təmir işləri bitdikdən sonra layihə çərçivəsində tikintisi bitmiş qurğuların baş podratçılar tərəfindən planlı şəkildə istismara buraxılması həyata keçirilir. Bununla əlaqədar, layihəyə cəlb edilmiş tikinti şirkətlərinin iş həcmində azalmalar başlamışdır. Bu isə öz növbəsində tikinti şirkətləri tərəfindən layihəyə cəlb edilmiş işçi heyətinin zamanla azalması ilə müşahidə olunur.
 
Qeyd olunmalıdır ki, bu cür layihələrdə podratçılar və tikinti şirkətləri tərəfindən cəlb edilən işçi qüvvəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müddətli əmək müqavilələri imzalanır. Belə ki, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqaviləsi imzalana bilər. Müddətli əmək müqavilələrinin şərt və müddəalarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən müddət bitdikdə layihəyə cəlb olunmuş işçi qüvvəsinin azalması baş verir.
 
SOCAR olaraq bildirmək istərdik ki, tikinti şirkətləri ilə onların sabiq işçiləri arasında olan münasibətlər mövcud qanunvericiliyə əsasən SOCAR-ın və onun istənilən törəmə müəssisəsinin məsuliyyət dairəsinə aid deyildir. Eyni zamanda bu kimi halların olmaması və aradan qaldırılması üçün SOCAR tərəfindən qanunvericilik çərçivəsində müəyyən işlər görülür.
 
Son olaraq vurğulamaq istərdik ki, modernizasiya layihəsinin icra qrafikinə uyğun olaraq hazırda zavodda icra olunan əsaslı təmir işləri tamamlandıqdan sonra, 2022-ci ilin ortalarından etibarən ölkədə ilk öncə "Avro 5" dizel istehsalının, daha sonra digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi nəticəsinə 2023-cü ilin ortalarından etibarən "Avro 5" benzin istehsalının təmin olunması planlaşdırılır".












www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol