• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin inflyasiya proqnozu yüksəldi - Azərbaycana təsiri

Türkiyənin inflyasiya proqnozu yüksəldi -  Azərbaycana təsiri
28.04.2022 18:11
Türkiyənin Mərkəzi Bank 2022-ci sonunda inflyasiyanı 42,8% səviyyəsində proqnozlaşdırır.  Bundan öncə həmin göstəricinin 23,2% olacağı gözlənilirdi. Bunu Mərkəzi Bankın rəhbəri Şahap Kavcıoğlu  bildirib.
 
Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2022-ci ilin yanvarında ölkədə inflyasiya 48,69% təşkil edib ki, bu da son iyirmi ilin ən yüksək göstəricisi olub. Son statistikaya əsasən, martda illik inflyasiya 61,14%-ə kimi yüksəlib.
 
Türkiyədə qiymətlərin artması  Azərbaycana hər hansı təsir edə bilərmi?
 
İqtisadçı Natiq Cəfərlinin fikrincə, Türkiyədəki qiymət artımı, inflasiyanın sürətlənməsi Azərbaycanla ticarət dövriyyəsində  müəyyən təsirləri olur.
 
"Türk lirəsinin ucuzlaşması  səbəbindən Azərbaycana gələn malların qiymətində ucuzlaşma olur. Hələki yüksək tendensiya müşahidə olunmur. Azərbaycana türk mallarının gətirilməsində  gömrük ilə bağlı müəyyən problemlər ortaya çıxır. Bir çox məhsullara 15% gömrük rüsumu nəzərdə tutulub. Bütün bunlar azərbaycan bazarında qiymətlərin aşağı düşməsinə imkan vermir", - Cəfərli deyib.

2021-ci il noyabrında türk lirəsi ilin əvvəli ilə müqayisədə təxminən 30 faiz dəyər itirib. Buna Mərkəzi Bankın hazırda 14 faiz olan uçot dərəcəsini aşağı salmasının səbəb olduğu deyilir.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək faiz dərəcələrini inflyasiyanı effektiv şəkildə azaltmağa və lirənin ucuzlaşmasını dayandırmağa mane olan ciddi problem kimi görür. O, Mərkəzi Bankı uçot dərəcəsini endirmədiyinə görə dəfələrlə sərt tənqid edib.
 
Aytac Zeynalova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol