• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı

Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı
13.05.2022 12:34
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi "Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirib. Şərtlərə görə 4 aprel – 8 may 2022-ci il tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərdilər. 

12 may tarixində lotereyanın son tirajı keçirildi və 3 müştərinin krediti tam olaraq bağlandı. Qaliblərin siyahısı sayta əlavə olunub – https://bit.ly/3L89rI4. 

Xatırladaq ki, 14 aprel, 21 aprel, 28 aprel və 5 may 2022-ci il tarixlərində keçirilən tirajlar zamanı hər həftə üzrə 10 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödənilib. 12 may 2022-ci il tarixində keçirilən son tirajda isə ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödənildi. 

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 60 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:41
Avro və rubl bahalaşıb - məzənnə
SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
İqtisadiyyat 08:39
SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol