• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Nəcəf Azərbaycanın qarşıdakı illərdə neft tələbatından DANIŞDI

Rövşən Nəcəf Azərbaycanın qarşıdakı illərdə neft tələbatından DANIŞDI
02.06.2022 12:52
Qarşıdakı bir neçə ildə neft və qaza olan tələbat sabit olaraq qalacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

"Neft-qaz proseslərində ekoloji məsələlərə diqqət edilməlidir. Təəssüf ki, qaz sektoru son illər investisiya azlığı ilə üzləşib. Amma bunu inkişaf etdirmək lazımdır", - Nəcəf deyib.

SOCAR rəsmisinin sözlərinə görə,  hazırda Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropaya ixrac edilir. O bildirdi ki, mövcud layihə artan tələbatı  qarşılamaq iqtidarında olmadığı üçün  bununla bağlı işlər aparılır.

"Biz tərəfdaşlar ilə  Xəzər dənizinə marağın artırılması istiqamətində danışıqlar aparırıq",- o vurğulayıb. 

SOCAR rəhbəri deyib ki, şirkətdə "yaşıl" enerji istiqamətində transformasiya prosesi 2021-ci ildə başlayıb və 2035-ci ilədək müvafiq proqram hazırlanıb.

"SOCAR öz tərəfdaşları ilə birgə təbii qaz hasilatını artıracaq. Bizim planlarımız var və bu istiqamətdə danışıqlar, texniki işlər aparılır", - şirkət rəsmisi açıqladı.

Dünən, iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev də Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib ki, Azərbaycan qazına olan tələbat kəskin artıb.

"Bizim potensial istehlakçılarımız başa düşməlidirlər ki, bir ilə böyük həcmdə qaz hasil etmək mümkün deyil, bunun üçün müqavilələr olmalı, danışıqlara başlanılmalı və sürətləndirilməlidir. İstehsalı artırmaq və mövcud infrastrukturu genişləndirmək üçün ənənəvi tərəfdaşlarımız olan enerji şirkətləri ilə işləmək lazımdır", Prezident vurğulamışdı.

2022-ci ilin yanvarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 1 milyard 613 milyon 199,82 min kubmetr təşkil edib ki, bu da 2021-ci ilin yanvar göstəricisindən 44% çoxdur.Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 26,02%-i qaz ixracının payına düşüb. Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $803 milyon 301,51 min (artım 8 dəfə) təşkil edib

2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP qaz kəməri ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, 1,2 milyard kubmetrə qədəri Yunanıstana və Bolqarıstana tədarük edilib.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol