• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə qaza ehtiyacını özü ödəyəcək - Ərdoğan

Türkiyə  qaza ehtiyacını özü ödəyəcək - Ərdoğan
14.06.2022 06:51
Türkiyə 2023-cü ilin birinci rübündə Sakarya qaz yatağında hasilata başlamağa, 2026-cı ildə isə platoya çıxmağa hazırlaşır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qazının ilk borularının endirilməsi və qaynağı ilə bağlı  mərasimdəki çıxışında bildirib. 
 
"2023-cü ilin birinci rübündə birinci mərhələdə gündə hasil olunacaq 10 milyon kubmetr təbii qazıт milli ötürmə sistemimizə köçürəcəyik. İnşallah, Sakarya Qaz Yatağı 2026-cı ildə zirvə hasilatına çatacaq”, Ərdoğan bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə təməli qoyulan təbii qaz emalı zavodunun tikintisi davam edir. Hazırda Türkiyənin dörd qazma və iki seysmik tədqiqat gəmisi var.
 
Türkiyədə qaz yataqlarının kəşfi ölkənin strateji mövqeyini artırıb.  Enerji daşıyıcılarının bahalaşması inflyasiyada da özünü göstərib. Türkiyə ölkə olaraq vətəndaşlarını qorumaq üçün dəstək mexanizmlərini işə salıb. 
 
Ərdoğan həmçinin bildirib ki, Türkiyə qtisadiyyatı inflyasiyanın yaratdığı problemlərdən bu i xilas olacaq, cari ildə ölkənin ixracı 250 milyard dollar təşkil edəcək. 
 
2022-ci ilin mayında Türkiyədə inflyasiya 73,5% təşkil edib, türk lirəsi isə il ərzində 24% ucuzlaşıb.
 

 
Sahil zonasından təxminən 170 km məsafədə yerləşən yataqdan quruya təbii qaz gətirəcək qaz kəmərinin tikintisinə başlayıb. 

Dənizin dayaz sulu hissəsində  infrastruktur hazırlığı başa çatdıqdan sonra 50 metr dərinlikdən başlayaraq dənizin dibində boruların  çəkilişinə başlanacaq.

Boruların çəkilməsi İtaliyanın Saipem şirkətinə məxsus Castoro 10 gəmisi gəmisi tərəfindən həyata keçiriləcək.

Bu hissədə boru kəməri müəyyən məsafədə dənizin dibində basdırılacaq.

Dənizin dərin sulu  hissəsində isə, yəni  2000 metr dərinlikdə boruların çəkilişini  həmin şirkətin "Castorone” gəmisi  həyata keçiriləcək.

Kəmərin uzunluğu təqribən 170 kilometr olacaq.Artıq başlamış tikinti işləri təxminən 5 aya bitəcək. 

Sakarya qaz yatağında su altında yaradılacaq hasilat sistemi ilkin olaraq 6 quyudan 10 quyuya birləşdiriləcək. Bu quyuların sutkalıq debiti 10 milyon kubmetr qaz təşkil edəcək. Artıq 2023-cü ildə bu həcmlər Türkiyənin qazpaylayıcı şəbəkəsinə veriləcək.

İllik hasilat həcmi 3,5-4 milyard kubmetr təşkil edəcək.

Dünyadakı digər oxşar sahələrdə olduğu kimi, istehsal tədricən artacaq.

Qara dənizdə qaz hasilatının ən yüksək səviyyəsinə 2026-ci ildə - sutkada 40 milyon kubmetr və hər il təxminən 15 milyard kubmetrdə çatacağı gözlənilir.

Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz ehtiyatlarının ümumi həcmi 540 milyard kubmetrdir.
 
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol