• $
  • €
  • ₽
  • ₺
  • £

41 mindən çox layihə maliyyələşdirilib - Mikayıl Cabbarovdan paylaşım

41 mindən çox layihə maliyyələşdirilib - Mikayıl Cabbarovdan paylaşım
27.07.2022 17:31
Sahibkarlığın İnkişafı Fondu bu günə kimi 41 mindən çox layihəni maliyyələşdirib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

Cabbarovun sözlərinə görə, layihələrin 90,7%-i kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 milyard manat vəsait ayrılıb.

"Şamaxıda heyvandarlıqla məşğul olan sahibkar Tamilla Vəliyeva-Rabbath öz təsərrüfatını genişləndirmək məqsədilə 2021-ci ildə Fonddan 300 min manat güzəştli kredit əldə edib", - nazir bildirib.
 
2022-ci ilin 4 ayında ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 757 layihənin icrasına güzəştli kredit ayrılıb. Cari ilin əvvəlindən mayın 1-i tarixinədək təqdim edilən layihələrin maliyyələşdirilməsinə 29,8 milyon manat güzəştli kredit verilib. Kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına "AccessBank", "Bank Respublika", "Unibank", "Yelo Bank" və "Aqrarkredit" daxildir.

"Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən kreditin ayrılması üçün sahibkarlıq subyektləri rəsmi qaydada aidiyyəti sənədləri təqdim etməklə yalnız müvəkkil kredit təşkilatlarının baş ofisinə və ya filiallarına müraciət edə bilərlər. Kiçikhəcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; ortahəcmli kreditlər: 50.001 manatdan 1.000.000 manatadək; böyükhəcmli kreditlər: 1.000.001 manatdan 10.000.000 manatadəkdir. Kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək; ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək; böyükhəcmli kreditlər üçün -10 (on) ilədək verilir.
 
Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol