• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika” “GooglePay” kontaktsız ödənişlərini istifadəyə verdi

“Bank Respublika” “GooglePay” kontaktsız ödənişlərini istifadəyə verdi
23.08.2022 20:38
Müasir dövrdə demək olar ki, hər birimizin həyatında smartfonlar böyük və xüsusi rol oynayır. Bu cihazlar artıq həyatımızın istənilən aktivliklərində əvəzsiz köməkçimizdir. Səyahət etmək, müxtəlif tədbirlərə qatılmaq, restoranlarda nahar və istənilən yerdə rahat alış-veriş üçün smartfonlarda ödəniş və bonus kartlarını, səyahət biletlərini saxlamaq kimi bir çox imkanlar mövcuddur.

Bu gündən etibarən "Bank Respublika” ASC-nin kart sahibləri də "Google Pay” xidmətindən faydalana biləcəklər. İndi bank müştəriləri təmassız ödəniş texnologiyasını (NFC) dəstəkləyən "Android” və "Wear OS” əməliyyat sistemləri əsasında işləyən cihazlardan istifadə etdikdə, gündəlik alış-verişlərini tez və təhlükəsiz şəraitdə ödəyə bilərlər.
"Google Pay” istifadəçilərə mağazalarda (kontaktsız ödənişlərin qəbul edildiyi məkanlarda), tətbiqlərdə və internet üzərindən ödəniş edərək təhlükəsiz alış-veriş etmək imkanı verir.

"Bank Respublika”nın kart sahibləri "Google Pay” üçün kredit və yaxud debet kartlarını həmçinin bu gün ölkəmizdə istifadəyə verilən rəqəmsal pul cüzdanı olan "Google Wallet”də saxlaya biləcəklər. Bir neçə təhlükəsizlik dərəcəsi ilə təchiz olunmuş "Google Pay” və "Google Wallet” xidmətləri ödənişləri daha təhlükəsiz edir.

Xüsusi tokonezasiya texnologiyası sayəsində ödəniş zamanı kartın nömrəsi və ya kart sahibinin digər məlumatları deyil, virtual kartın - yəni token məlumatları ötürülür. Token birbaşa cıhazınıza bağlanır və dinamik təhlükəsizlik şifrəsindən asılıdır, eyni vaxtda hər əməliyyat zamanı yenilənir.

Bu texnologiya kart sahibinin şəxsi məlumatlarını qorumağa imkan verir və telefonun itirilməsi və ya oğurlanması halında təhlükəsizliyinizi təmin edir. Siz asanlıqla "Cihazımı Tap” imkanından istifadə edərək, öz smartfonunuzu dünyanın istənilən yerindən dərhal bloklaşdırıb, yeni şifrə ilə qoruya və ya şəxsi məlumatlarınızı tam silə bilərsiniz.
Yuxarıda qeyd olunan funksiyalar kartlarınız üçün nəzərdə tutulan bütün standart qorunma normalarını üstələyir.

"Google Pay” xidmətindən Google Wallet tətbiqini Google Play Store-dan yükləyərək və bankın "Mobil Şöbə” əlavəsi vasitəsi ilə istifadə edə bilərsiniz.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol