• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda xətlənmə işlərinin aparılacağı yolların adları açıqlandı

Bakıda xətlənmə işlərinin aparılacağı yolların adları açıqlandı
16.04.2014 16:22
Bakıda yaxın vaxtlarda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılacağı küçə və prospektlərin adları açıqlanıb.Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, tərtib olunmuş qrafikə əsasən, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub: "Yaxın vaxtlarda Bakının Tbilisi prospekti, Koroğlu Rəhimov, Məmməd Araz, Kövkəb Səfərəliyeva, Yusif Vəzir Çəmənzəminli, Şəfayət Mehdiyev, 28 May, Dilarə Əliyeva, Rixard Zorge, A.S.Puşkin küçələrində, eləcə də digər küçə və prospektlərdə xətlənmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulub"."Azəryolservis"in sözçüsü qeyd edib ki, hazırda Nobel prospektində növbəli şəkildə 2 zolaq üzrə yolun xətlənməsi işləri aparılır. Burada aparılan işlərin 2-3 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.Qeyd edək ki, artıq paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov, küçələri, Neftçilər prospektində, Cəlil Məmmədquluzadə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən A.Bakıxanov küçəsinədək olan hissəsi, Həsən Əliyev küçəsinin yeni təmir olunmuş 300 metrlik hissəsi, Heydər Əliyev prospektində əsas yolda və kənar yollardan birində xətlənmə işləri yerinə yetirilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol