• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-da kadr təyinatı

SOCAR-da kadr təyinatı
07.09.2022 15:58
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Türkiyənin "Petkim” neft-kimya kompleksinin (səhmlərin 51%-nə nəzarət SOCAR-dadır) Direktorlar Şurasının yeni sədri təyin edilib. Bununla bağlı  "Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında xəbər yerləşdirib.

İndiyədək  bu vəzifəni  2022-ci il fevralın 10-dək SOCAR-ın prezidenti olmuş Rövnəq Abdullayev icra edirdi. 

Ümumilikdə "Petkim”in İdarə Heyətinin tərkibi tamamilə yenilənib. Eyni zamanda Şura üzvlərinin sayı 8-dən 9-a kimi artıb. 

Zaur Qurbanov (SOCAR-ın vitse-prezidenti) Direktorlar Şurası sədrinin müavini təyin edilib. 

3 aprel 1965-ci ildə təsis edilən Petkim Petrokimya Holdinq Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal olunur ki, bunlardan plastik, toxuculuq və digər istehlak və sənaye məhsullarının istehsalında istifadə olunur.

Petkim səhmləri İstanbul Fond Birjasında yerləşdirilib.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol