• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi bank uçot dərəcəsini dəyişmədi

Mərkəzi bank uçot dərəcəsini dəyişmədi
16.09.2022 11:35
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7,75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi 9,25% səviyyəsində saxlanılıb, bu barədə Mərkəzi Bankın cümə günü yayımladığı məlumatında bildirilib. 

Mərkəzi Bank ardıcıl dördüncü dəfə uçot dərəcəsini 7,75% səviyyəsində saxlayıb.

Bank vurğulayıb ki, uçot dərəcəsinin saxlanılması barədə qərar Mərkəzi Bankın bu məsələ ilə bağlı əvvəlki iclasından sonra inflyasiya ilə bağlı vəziyyətin dəyişməməsi nəzərə alınaraq qəbul edilib.

"Vəziyyətin təhlili göstərir ki, 2022-ci ilin sonuna Azərbaycanda inflyasiya hazırkı göstəricidən aşağı olacaq (avqust ayının sonunda orta illik inflyasiya 13,2%). 2023-cü il üçün inflyasiya proqnozu aşağıya doğru yenidən işlənib”, - deyə Mərkəzi Bankın açıqlamasında bildirilir.

Monetar amillər inflyasiyaya azaldıcı təsir etməkdə davam edir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin artmasına şərait yaradır.
 
Mərkəzi Bank  həmçinin bildirir ki, tədiyə balansında profisitlə əlaqədar valyuta bazarında vəziyyətin sabit olduğunu bildirir. Buna əsaslanaraq, bank valyuta bazarında yalnız xarici valyutanın alışı üzrə əməliyyatlar həyata keçirir. Bundan əlavə, manatın nominal effektiv məzənnəsi möhkəmlənməkdə davam edir ki, bu da inflyasiyanın qarşısını alan amildir.

Oktyabrın 28-də Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı növbəti iclası keçiriləcək.

2022-ci ilin yekunlarına görə, Azərbaycan İqtisadiyyat Nazirliyi orta illik inflyasiyanın 12,5% (2021-ci ildə - 6,7%) olacağını proqnozlaşdırır.

Azərbaycan hökuməti 2023-cü il üçün orta illik inflyasiyanın 6,9% olacağını proqnozlaşdırır.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol