• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyadan taxıl idxalını azaldıb

Azərbaycan Rusiyadan taxıl idxalını azaldıb
05.10.2022 12:37
Azərbaycanda 2022-ci ildə Rusiyadan buğda idxalını azaldacaq, Qazaxıstandan isə idxalı artıracaq. Bunu Bakı Taxıl Terminalının idarə heyətinin sədri Adil Həsənov bildirib.
 
"Keçən il Azərbaycanın taxıl ixracının 95%-i Rusiyanın payına düşürdüsə, bu il bu göstəricinin 90% olacağı gözlənilir. Əvəzində Qazaxıstanın taxıl ixracında payı ötən ilki 5%-dən 10%-ə qədər artacaq", Həsənov bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
 
"Azərbaycan 2021-ci ilin 9 ayında Rusiyadan 1, 340 milyon ton taxıl idxal edib. Hazırda bu rəqəm daha azdır. Buna səbəb Rusiyanın bu ilin birinci rübündə üiymətləri 1 ton üçün 600-620 dollara kimi artırması olub. Türkiyə Prezidentinin Ukrayna taxılını ixracının təşkili nəticəsində bazarda qiymətlər düşməyə başladı. Azərbaycan taxıl tədarükçüləri də qiymətin düşəcəyini gözlədiyindən Rusiya taxılını almağa tələsmədi. İlin sonuna qədər Rusiyadan ixracın keçən ilki göstəriciyə qədər artırlması proqnozlaşdırılır" Həsənov vurğuladı.
 
Onun sözlərinə görə, həm Rusiya, həm Qazaxıstan taxılı eyni keyfiyyətdədir, üçüncü sinif yüngül və yumşaq buğda sortuna aid edilir. 
 
Həsənov onu da qeyd edib ki, gübrə və taxıl idxalına sanksiya altına düşmədiyi üçün onların ixracı problem yaratmayacaq.
 
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Aöstafa və Tovus bölgəsində yetişdirilir. 2023-vü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir. 
 
N.Təbrizli
Ləman


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol