• $
  • €
  • ₽
  • ₺
  • £

ACE platformasının tikintisinin 80%-i bitib - BP AZERBAİJAN

ACE platformasının tikintisinin 80%-i bitib - BP AZERBAİJAN
07.10.2022 11:31

Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağında 300 milyon barrel ekvivalentində əlavə neft hasil etmək üçün nəzərdə tutulan ACE platformasının tikinti işlərinin 80% başa çatıb. Platformanın dayaq blokunun tikintisi tamam bitib, üst tikililər üzrə tikinti işlərinin isə 95% başa çatıb. Bunu BP Azərbaycan şirkətinin ACE tikintisi üzrə baş meneceri Nil Filips (Neal Phillips) bildirib. 


Onun sözlərinə görə, yeni platforma hazırda AÇG-da mövcud olan Mərkəzi və Şərqi Azəri platformaları arasında  dənizin təxminən 140 metr dərinliyində yerləşdiriləcək.


Platformanın üst tikililərinin tikintisinin 95% bitib. Yaşayış blokunun tikintisi isə tam başa çatıb. Platformada 167 nəfərin yaşayıb işləyəcəyi mümkün olacaq.


"Yeni quyuların sayını artırmaq üçün AÇG-də yeni qazma mərkəzi yaradılacaq. Bu platformanın tikintisindən sonra AÇG-də mövcud platformalardan maili qazma nəticəsində əmələ gələn çətinliklər azaldılacaq və yataqda aktiv quyuların sayı artacaq”, -  Filips bildirib. 


Platformanın quyu sahəsində 48 quyu şaxtası quraşdırılacaq. Platformada hasil ediləcək neft 30 düymlük kəmərlə Sənqaçal terminalına ixrac ediləcək. ACE qaz, neft və su ixrac boru kəmərinə qoşulacaq.  


Filipsin sözlərinə görə, suyun 137 metr dərinliyində quraşdırılacaq dayaq blokunun hündürlüyü 153 metr, çəkisi 16.000 tondur. 


"Dayaq blokunu dənizə aparacaq STB-1 barjasında modifikasiya işləri bitən kimi, yəni 2023-cü ilin birinci rübündə platformanı dənizə yola salmağı planlaşdırırıq”, - Filips vurğulayıb. 


Onun sözlərinə görə, platformanı idarə etmək üçün SƏnqəçal terminalında idarəetmə mərkəzi yaradılacaq. Bu məqsədlə terminalda nəzərdə tutulan dəyişikliklərin 97% bitib. 
 
Layihənin dəyəri 6 milyard dollar təşkil edir.

N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol