• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi yollarda maksimal sürət həddi artırılıb

Bəzi yollarda maksimal sürət həddi artırılıb
12.04.2014 10:14
Sürət hədlərinin artırılması bəzi sürücülər üçün xoş xəbər olsa da, bəziləri bu sürətin tətbiq olunduğu yollarda çaş-baş qalırlarSon vaxtlar bəzi yollarda maksimal sürət həddi artırılıb. Bunları xüsusi ilə aeroport şossesinin davamı, eləcə də Bakı dairəvi yolun bir hissəsində görmək mümkündür. Sürət hədlərinin artırılması bəzi sürücülər üçün xoş xəbər olsa da, bəziləri bu sürətin tətbiq olunduğu yollarda çaş-baş qalırlar. Yəni yolu müəyyən sürətlə getdikdən sonra, növbəti yolayrıcında yola hansı sürətlə davam etməyi bilmirlər. Bu da sonda yol qəzası, ya da kobud qayda pozuntusu kimi hallarla nəticələnir. Ekspertlər bu cür çaşqınlığın yaranmaması üçün həmin yollarda xəbərdaredici lövhələrin olmasını vacib hesab edir.Avtoekspert Azər Allahverənov Avropa ölkələri ilə müqayisədə bizdə yol nişanlarının az olduğunu deyərək əlavə edib ki, yollarda onların sayının artırılmasını da vacib hesab edir: “Bu nişanların bəzən qəza nəticəsində sıradan çıxması çox vaxt onun bir başqası ilə əvəz olunmamasına səbəb olur. Bu isə heç şübhəsiz növbəti yol nəqliyyat hadisəsinə gətirib çıxarır”.Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə yol nişanlarının çoxluğunun sürücünü çaşdıra biləcəyi qənaətindədir. Ona görə də hər addımbaşı yol nişanlarının qoyulmasını lüzumsuz hesab edir. Şöbə rəisi bədbəxt hadisə nəticəsində sıradan çıxan yol nişanlarının onlara məlumat daxil olan kimi qurum tərəfindən yenisi ilə əvəz edildiyni bildirdi.Hər halda sürücülər sükan arxasında olarkən daha diqqətli olmalıdırlar. Çünki, söhbət hər an baş verə biləcək bədbəxt hadisədən gedir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol