• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan BTC ilə neft icracını 5 dəfə artıracaq

Qazaxıstan BTC ilə neft icracını 5 dəfə artıracaq
10.11.2022 12:03
Qazaxıstan 2023-cü ildən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını 6,5 milyon tona kimi artıracaq.  Bunu Qazaxıstanın baş naziri Əlixan Smailov bildirib.

"Qazaxıstan neft marşrutlarının şaxələndirilməsi üzərində işləyir, 2023-cü ildən Bakı-Tbilisi-Ceyhan  marşrutu ilə 1,5 milyon ton neftin 6-6,5 milyona çatdırılması barədə saziş var. O cümlədən, indi bizim bu istiqamətdə gələn il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı müqaviləmiz var və onun  6-6,5 milyon tona çatdırılması üzərində iş gedir”, - Smailov jurnalistlərə deyib. 

O əlavə edib ki, ixracın diversifikasiyası  üçün xüsusi "yol xəritəsi” hazırlanıb.

"Xüsusən də bu, Aktau limanından Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə daşımaları nəzərdə tutan istiqamətdir. Həmçinin Gürcüstanda Bakı-Supsa  və Bakı-Batumi istiqamətlərində neft daşımalarda maraqlıyıq. Bizim  orada bizim terminalımız da var. limanda.Bu istiqamətlər, üstəlik Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu iləgedən  bir istiqamət də cəlbedicidir. Bir də Çin Xalq Respublikası istiqaməti var. Bütün bu istiqamətlərdə hazırda neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işlər aparılır. ", - hökumət başçısı əlavə edib.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol