• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeyinti məhsulları üzrə təminat 80%-dən çoxdur

Azərbaycanda yeyinti məhsulları üzrə təminat 80%-dən çoxdur
01.12.2022 12:51
Azərbaycanda yeyinti məhsulları üzrə təminat 80%-dən yuxarıdır. Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

"Son iki il ərzində görülən işlər nəticəsində Azərbaycan ən az ərzaq qıtlığı ilə üzləşən ölkələrdən birinə çevrilib. Gələn ilin büdcəsində bu məqsədlər üçün  625 milyon manat  vəsaitin ayrılması nəzərdə tutulub. Azərbaycanda yeyinti məhsulları üzrə təminat 80%-dən yuxarıdır,  -  Mirkişili rəhbərlik etdiyi komitənin iclasında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanl bildiib.

Onun sözlərinə, qanuna "Əhalinin ərzaq təhlükəsizliyi" adlanan beşinci fəsil əlavə olunub. 

"Bu dəyişikliklər ərzaq  təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Qanunda olan ikinci böyük bölüm dövlət ərzaq ehtiyatlarının yaradılması və onlardan hansı halalrda istifadə ilə bağlıdır. Bu ehtiyatlardan iki halda istifadə oluna bilər. Birinci qida ehtiyacını ödəmək, qida sənayesinə kömək göstərmək məqsədilə, ikinci isə xarici dövlətlərə humanitar yardım  etmək məqsədilə ərzaq ehtiyatlarından istifadə oluna bilər", - Mirkişili bildirib. 

Onun sözlərinə görə, Əhalinin ərzaq təhlükəsizliyini nəzərdə tutan fəsilə ərzaq balansının tərtibi də daxil edilib. 

"Ərzaq balansı  Nazirlər Kabinetinin  2019-cu ildə qəbul etdiyi qayda əsasında tərtib ediləcək. Bu yenilik fermerləri və özəl sektoru istehsal göstəriciləri ilə bağlı məcburi məlumat vermələrini də nəzərdə tutur. Məlumatları təqdim etməyən subyektlər 25-150 manat arası cərimə olunacaqlar", - Mirkişili vurğulayıb. 

Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov sözlərinə görə, Azərbaycanda ərzaq balansının tərtib olunmasının ilk növbədə metodoloji əsasları var. 

"Biz bu qaydaları keçən il uyğun qurumlarla razılaşdırmaqla beynəlxalq  standartlara,BMT metodologiyasına əsaslanaraq hazırlamışıq. Biz informasiyanı həm müəssisə və təşkilatlardan, nazirliklərdən, komitələrdən alırırq, həm də sorğular göndəririk. Statistika  məlumatlarının verilməsi məcburidir və bundan yayınmaya görə,  300-500 manat arası cərimə nəzərdə tutulub", - Səlmov  bildirib. 

Dövlət ehtiyatları agentliyinin sədr müavini Hidayət Əzimovun sözlərnə görə,  agentlik  tərəfindın artıq strateji əhəmiyyətli malların siyahısının hazırlanması, onların saxlanması və istifadəsi ilə bağlı qaydalar işlənir. 

"Xarici təcrübə əsasında dövlət ehtiyatları konsepsiya yaradılıb. Bura 3 cür  - strateji, fövqəladə və səfərbərlik ehtiyatları daxildir. Strateji  ehtiyatlar özü 3  yerə - ərzaq, dərman və enerji daşıyıcılarının ehtiyatına bölünür", - Əzimov deyib. 

Onun sözlərinə görə, artıq dövlət ehtiyatları barədə qanun layihəsi hazırlanıb.  

 
N.Təbrizli 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol