• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan benzin və dizel yanacağı stehsalını artıracaq

Azərbaycan benzin və dizel yanacağı stehsalını artıracaq
10.01.2023 11:37
Azərbaycan hökuməti 2023-cü ildə avtomobil benzininin istehsalını 1 milyon 444 min ton, dizel yanacağının isə 2 milyon 533  min ton səviyyəsində proqnozlaşdırır. Bu barədə Maliyyə və İqtisadiyyat Nazirliyinin hazırladığı 2023-cü il üçün dövlət büdcəsi barədə sənəddə bildirilir.

2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2023-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.

2024-cü ildə Azərbaycanda dizel yanacağının istehsalı 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton həcmində  proqnozlaşdırılır ki, bu  2023-2026-cı illərdə ölkədə dizel yanacağı istehsalının 0,1% artacağı deməkdir. 

Bununla belə hökumət 2022-ci ildə benzin və dizel yanacağının istehsalı ilə bağlı məlumat vermir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabrında Azərbaycanda avtomobil benzininin istehsalı 1 milyon 159,5 min ton (artım 1,8%), dizel yanacağının istehsalı 1 milyon 855,5 min ton (azalma 17,1%) təşkil edib. 

2021-ci ildə avtomobil benzininin istehsalı 1 milyon 259,5 min ton (artım 7,9%), dizel yanacağının istehsalı 2 milyon 403,6 min ton (artım 16,2%) həcmində olub.

 Azərbaycanda benzin və dizelyanacağı istehsalı yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilir. Bu müəssisə Azərbaycan DÖvlət Nefr Şirkətinin tərkibinə daxildir. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol