• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-dən sahibkarların satışlarını artıracaq möhtəşəm imkan!

ABB-dən sahibkarların satışlarını  artıracaq möhtəşəm imkan!
28.02.2023 14:00
"ABB POS mobil” xidmətini bazara təqdim edib. Hüquqi şəxslər və fərdi sahibkarlar bundan sonra mobil telefonlarından POS terminal kimi istifadə edə bilərlər. 
Bu xidmət alış-veriş zamanı müştərilərdən ödənişləri NFC-ni dəstəkləyən mobil telefonla nağdsız qəbul etmək imkanı yaradır. Beləliklə, "ABB POS mobil” xidməti vasitəsilə sahibkar mobil telefonuna POS terminal funksiyası əlavə etmiş olur. Bu xidmətdən yararlanaraq nağdsız ödənişləri qəbul edə bilir. Ödənişləri təmassız kartlar, GooglePay və ApplePay-i dəstəkləyən mobil telefonlar və "ağıllı saatlar”la qəbul etmək mümkündür. 

"ABB POS mobil” xidmətinə qoşulmaq üşün heç bir depozit tələbi yoxdur. Müştəridən dövriyyə həcmi də tələb olunmur. Xidmətə yeni qoşulan müştəri bu imkandan 2 ay pulsuz istifadə edə bilir. Üstəlik, ABB-dən sahibkarlar üçün nəzərdə tutulmuş kart hədiyyə alır. Xidmətə qoşulmaqdan ötrü bu linkə keçərək "Partnyor ol” bölməsində müraciət yerləşdirmək, yaxud filiala müraciət etmək və ya ABB-nin 937 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq kifayətdir. Onu da qeyd edək ki, ABB bu imkanı Visa beynəlxalq ödəniş sistemi ilə birgə yaradıb.

Son dövrlər ödənişlərini nağdsız aparmağa üstünlük verən müştərilərin sayı artır. "ABB POS mobil” xidmətindən istifadə, bu baxımdan, iş adamlarının satışlarını artıracaq. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol