• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb
14.03.2023 16:42
11 mart 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində "Fərqli Fərdlər – Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley Konqres” keçirilib. Konqresin əsas məqsədi ictimaiyyətin diqqətini fiziki məhdudiyyətli şəxslərə yönəldərək inklüziv cəmiyyətə dəstək verməkdir.

Konqresdə müxtəlif sahələrdən olan tanınmış yerli və beynəlxalq spikerlər çıxış ediblər. "Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov da mobil operatorun tətbiq etdiyi uğurlu sosial layihələrlə bağlı təcrübələrini bölüşüb: "Nar olaraq cəmiyyətin həssas qisminə yönəlik layihələr etməkdə davam edirik, "Təlim məktəbi” və "Jest dili” kimi layihələrimizlə eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmağa çalışırıq”. Mobil operator indiyədək fiziki məhdudiyyətli insanlara yönəlik davamlı sosial layihələrlə çox sayda insanın həyatında müsbət dəyişikliklər edib.

"Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində eşitmə və nitq məhdudiyyətli insanlar üçün həyata keçirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol