• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan BTC ilə neft ixracını artırır

Qazaxıstan BTC ilə neft ixracını artırır
07.04.2023 12:56
 2023-cü ilin aprelində Qazaxıstanın "Tenqiz" yatağından hasil edilən 125.000 ton neftin Bakı -Tbilisi-Ceyhan neft kəməri ilə nəqli nəzərdə tutulub. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan hökumətlərarası Komissiyasının Bakıda keçirilən 19-cu toplantısında bildirib. 
 
"Bu ildən başlayaraq "Tenqiz" yatağından hasil edilən neftin BTC neft kəməri ilə nəqlinə başlanılıb. Bu ilin martında BTC ilə  20.000 ton neft ixrac edilib. BU lin aprelində isə 125.000 tonn neftin ixrac ediləcəyi nəzərdə tutulub",  -  Pərviz Şahbazov bildirib. 
 
Şahbazovun sözlərinə görə, ilin sonuna qədər BTC ilə 1,5 mln tonn Tengiz neftinin ixracı gözlənilir. 
 
"KazTransOil”in məlumatına görə, Qazaxıstanın Aktau limanından neftin BTC boru kəməri ilə sonrakı nəqlinə fevralda başlanması planlaşdırılırdı. Lakin Ceyhan terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırıldığında daşıma gecikdirilib.  "Tengizşevroil” (Tengiz yatağının işlənməsi üzrə operator) öz növbəsində Türkiyədə baş verən zəlzələnin nəticələrinə görə ixracın  kəsildiyini bildirib.
 
SOCAR Midstream Operations-dan verilən məlumata görə, Şuşa tankeri ilə Qazaxıstan nefti martın 27-də Aktau limanından Bakıya göndərilib. 

"Qazaxıstan neftinin BTC vasitəsilə tranziti üçün 2023-cü ilin sonuna kimi Xəzər dənizi vasitəsilə Aktaudan Səngəçal terminalına 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır", - şirkət bildirib. 

Şirkət qeyd edir ki, Qazaxıstan neftini BTC neft kəmərinə qəbul etmək üçün SOCAR 2022-ci ildə Səngəçal terminalı ərazisində "neft toplama boru kəmərləri şəbəkəsinin yenilənməsi üzrə mühüm layihələri” həyata keçirib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, eləcə də digər mənbələrdən neft və kondensat vurulur.

BTC neft kəmərinin uzunluğu 1768 min km-dir ki, bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindən keçir.  Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon ton neft və ya sutkada 1,2 milyon barel təşkil edir.

Ümumilikdə, BTC neft kəməri istifadəyə verildiyi vaxtdan, yəni 2006-cı il iyunun 4-dən və 2022-ci ilin sonuna kimi  Ceyhan limanından 5244 tanker yola salınıb.  Bu dövr ərzində  531 milyon tondan çox neft (3,99 milyard barel)  BTC vasitəsilə dünya bazarlarına çıxarılıb.

BTC Co.-nun səhmdarları  BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir. 
 
N.Təbrizli

 

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol