• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “*.baku” domeni yaradıla bilər

Azərbaycanda “*.baku” domeni yaradıla bilər
19.03.2014 21:28

Bu məsələ 2015-ci ildə həll olunacaq.

Azərbaycanın milli “*.az” domeni administratoru olan “İntrans” şirkəti “*.baku” domeninin ICANN (internetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat – Internet Corporation for Assigned Names and Numbers) korporasiyasının qeydiyyatdan keçirilməsi məsələsinə 2015-ci ildə baxmasını istisna etmir.

ANN.Az ICTnews-a istinadən xəbər verir ki, İCANN-dən verilən məlumata əsasən, hazırkı mərhələdə “*.baku” yuxarı səviyyəli domeninin qeydiyyatdan keçirilməsi  qeyri-rentabel bir layihədir.

Hazırda ICANN yüksəksəviyyəli domenlərin qeydiyyatının ilkin mərhələsini həyata keçirir və bu mərhələdə “*.baku” domeninin qeydiyyat məsələsinin  müzakirə edilməsi üçün ICANN-a 185 min dollar tələb olunur, domenin “News gTLD” proqramı çərçivəsində qeydiyyatdan keçirilməsi isə 500 min dollara başa gələ bilər, bu isə iqtisadi nöqteyi-nəzərdən sərfəli layihə deyil.  

“İntrans” şirkəti bu məsələni 2015-ci ildə yenidən nəzərdən keçirə bilər, çünki növbəti mərhələdə bunu həyata keçirmək daha səmərəli olar.

“Bütün bunlara baxmayaraq, dövlət imici nöqteyi-nəzərindən layihənin həyata keçirilməsinə maraq göstərdiyi halda gələn il bunun həyata keçirilməsi mümkündür. Onu da qeyd etmək lazımdır ki, domenin təhlükəsizliyi haqda narahat olmağa dəyməz, çünki “*.baku” domeni coğrafi adla bağlı olduğu üçün digər ölkə və fərdi şəxs tərəfindən qeydiyyatdan keçirilə bilməz”, - deyə şirkətdə bildiriblər.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol