• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsində dəyişikliklər olacaq

Dövlət büdcəsində dəyişikliklər olacaq
23.04.2023 18:30
Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.

Bu barədə millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub. Büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir.

"Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün olmasa da, bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil. Belə ki, sosial təminatın daha gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır”, - deyə V.Bayramov qeyd edib.

Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri 33,3 milyard manatdır. Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əməkhaqqı və pensiya ödənişləri daxil olmaqla 15,2 milyard manat sosial sahəyə yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45,6 faizi deməkdir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol