• $
  • €
  • ₽
  • ₺
  • £

EBRD “Bank Respublika”nı “Azərbaycanda ən fəal emitent-bank” elan edib!

EBRD “Bank Respublika”nı “Azərbaycanda ən fəal emitent-bank” elan edib!
17.05.2023 15:11
Bank Respublika - Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) tərəfindən Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində 2022-ci il üzrə ticarətin maliyyələşdirilməsi sahəsində "Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb.


Mükafat  EBRD-nin 16 may 2023-cü il tarixində Səmərkənd şəhərində Rəhbərlər Şurasının illik iclası zamanı keçirilən təntənəli mərasimdə təqdim olunub.


Bu mükafat EBRD və Bank Respublika arasında ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il artan səmərəliliyinə dəlalət edir. Bu bir daha təsdiq edir ki, Bank Respublika ölkəmizdə sahibkarlığa dəstək missiyasını uğurla həyata keçirir, bunun da mühüm hissəsi xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsidir.

Tədbirdə 73 dövlətdən 2 mindən çox qonaq, o cümlədən xarici dövlətlərin nümayəndələri, transmilli korporasiyaların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və bankların rəhbərləri iştirak edir.


Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.


Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
İqtisadiyyat 17:39
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadiyyat 17:29
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
İqtisadiyyat 13:58
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
İqtisadiyyat 13:50
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
İqtisadiyyat 13:45
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
İqtisadiyyat 11:55
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
İqtisadiyyat 09:36
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:12
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol