• $
  • €
  • ₽
  • ₺
  • £

Metronun 2 yeni stansiyasının istismara verilməsi niyə gecikir?

Metronun 2 yeni stansiyasının istismara verilməsi niyə gecikir?
15.03.2014 11:42
"Bakı Metropoliteni" QSC "bənövşəyi" xəttin ilk iki stansiyasını 2014-cü ilin sonunda istismara verməyi planlaşdırır. Bunu metropolitendəki mənbə deyib. Daha əvvəl stansiyaların 2014-cü ilin may ayında istismara verilməsi planlaşdırılırdı. Mənbə bildirib ki, stansiyaların tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir, lakin onların yerləşdiyi ərazinin abadlaşdırılması üzrə işlər hələ qalır: "Ərazi abadlaşdırılmalı, bütün zəruri infrastruktur yaradılmalı, xüsusilə Bakı Beynəlxalq Avtovağzalı və metronun yeni stansiyaları arasında sərbəst və rahat nəqliyyat əlaqəsi təmin edilməlidir. Bütün bunlar əlavə vaxt tələb edir". Stansiyaları ilkin olaraq 2013-cü ilin sonuna istismara vermək planlaşdırılırdı, lakin bu tarix tikinti ərazisində olan obyektlərin köçürülməsi məsələsinin həllində yubanmalar yarandığına görə dəyişdirildi. Mənbənin sözlərinə görə, "bənövşəyi" xəttin tam istismara verilməsi 2016-cı ilə nəzərdə tutulub. Xəttin tam işləməsi üçün onun şəhərin mərkəzi ilə birbaşa birləşməsi vacibdir ("Trend").ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol