• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat Nazirliyindən etiraf: “Çatdıra bilmirik”

Nəqliyyat Nazirliyindən etiraf: “Çatdıra bilmirik”
15.03.2014 10:39
Axşam saatlarında metro stansiyalarının çıxışlarında sözün əsl mənasında izdiham yaşanır. Xüsusilə “Xalqlar dostluğu” və “Nefçilər” metro stansiyalarının çıxışında insanlar avtobusa minib evinə getmək üçün bir-biriylə yarışmaq, çox halda isə kobudluq etmək məcburiyyətində qalır. Əks halda mənzil başına çatmaq müşkülə çevrilir.Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bunu sərnişinlərin çox olması ilə izah edir: “İnsanlar həddindən artıq çoxdur. Onları daşıyıb qurtarmaq olmur. Sürücülərə qapılar açıq vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə icazə verilmir. Çox təəssüf ki, bəzən sərnişinlərr sürücünü buna vadar edirlər. Biz xəttə nə qədər çox avtobus çıxartsaq da, xeyri olmayacaq. Buna görə də alternativ nəqlliyyat vasitələrindən istifadə edilməlidir. Əgər həmin istiqamətdə paralel nəqliyyat vasitəsi yoxdursa, biz o məsələni aydınlaşdırarıq. Az öncə keçirilən iclasda marşrutların optimallaşdırılması ilə bağlı göstəriş veirlib. Hər halda, deyilənlər nəzərə alınacaq. Müzakirələr əsasən Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıq prosesi ilə bağlı idi. Marşurut məsələsi də əsas mövzu kimi müzakirə olundu. Həm avtobusların yenilənmməsi, həm də hərəkət sxemlərinə xüsusi nəzarət olunması qərara alınıb. Olimpiya oyunları “Koroğlu” stansiyasına yaxın ərazidə keçiriləcəyindən, düşünürəm ki, siz deyən əraziyə yaxın olduğundan orada insanların rahatlığı üçün xüsusi tədbirlər görüləcək”.Nazirlik rəsmisi avtobuslardakı natəmizlik məsələsinə də aydınlıq gətirib: “Avtobuslar hər gün qarajlardan yuyulub çıxarılır. Qaraja təhkim olunmayan avtobuslara isə sahibkarlar nəzarət edir. Bununla bağlı nazirliyin xüsusi tapşırığı var, sərnişin avtobuslarının həm daxili, həm də xarici təmiz olmalıdır. Bu məslələrdə günahın çoxu vətəndaşların öz üzərinə düşür. Vətəndaş günəbaxan tumundan tutmuş qatığa qədər hər şeyi avtobusla daşıyır. Buna görə də avtobuslar çirklənir. Əslində reyd qabağı avtobuslar tər-təmiz vəziyyətdə olur. Lakin xəttə çıxandan sonra ora minib-düşən insanlar müəyyən mənada avtobusun çirklənməsinə səbəb olurlar. Biz dəfələrlə demişik, nəinki çirkləndirirlər, hətta oturacaqları cırır və dağıdırlar. Sonra da səliqəsizlikdən şikayət edirlər”.  ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol