• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda banklar aktivlərini 4% azaldıb

Azərbaycanda banklar  aktivlərini 4% azaldıb
25.07.2023 14:52
2023-cü il  iyunun 30-a  Azərbaycanın bank sisteminin cəmi aktivləri  son 6 ayda 3,9% azalaraq 45 milyard 218,3 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayıb. 

Bununla yanaşı, 2023-cü ilin iyununda may ilə müqayisədə bankların cəmi aktivləri 1,5% və ya 703,5 milyon manat azalıb.

Bankların Mərkəzi Bankdakı müxbir hesablarındakı vəsaitlərinin həcmi 6 ayda 1,6 dəfə azalaraq 3 milyard 974,3 milyon manata çatıb.

İyunun sonuna bankların kredit portfeli 21 milyard 296,2 milyon manat təşkil edib (2022-ci ilin sonu ilə müqayisədə 8,7% artım).

Azərbaycanda bankların ümumi kapitallaşması 5 milyard 912,7 milyon manat olub (artım 5,2% ).

Bankların öhdəlikləri 39 milyard 305,6 milyon manat (5,1% azalma) təşkil edib. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 107,7 milyon manat (2 dəfə azalma)  təşkl edib. Banklardakı depozit portfeli 32 milyard 056,7 milyon manat (azalma 5,1 faiz), o cümlədən əhalinin əmanətləri 12 milyard 472,5 milyon manat (artım 8,6 faiz)olub. 

Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-iyununda bankların məcmu xalis mənfəəti 563,3 milyon manat (2022-ci ilin 6 ayı ilə müqayisədə 40,5% artım) təşkil edib.

Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 668,7 milyon manat (artım 32,6 faiz), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 234,7 milyon manat (artım 19,1 faiz) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 598,5 milyon manat (artım 12,1%) olub.

Bankların faiz xərcləri 405,5 milyon manat (artım 36,3%), o cümlədən depozitlər üzrə 288,5 milyon manat (artım 40,1%) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 1 milyard 60,6 milyon manat (artım 23,6%) olub.

Yanvar-iyunda Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 772,3 milyon manat (artım 25,7%) təşkil edib.

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 694,6 milyon manat (artım 42 faiz), mənfəət vergisi ödənişləri 131,3 milyon manat (artım 48,7 faiz) səviyyəsində qiymətləndirilib.

30 iyun 2023-cü il tarixinə Azərbaycanda 24 bank, o cümlədən 9 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir (2022-ci ilin sonuna - 10 bankda).

Ümumilikdə bankların 486 filial (2022-ci ilin sonu ilə müqayisədə 0,2% azalma) və 86 filial şəbəkəsi (2022-ci ilin sonuna 91-i) var.

Azərbaycanın bank sektorunda 23 241 nəfər çalışıb .
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol