Azərbaycanın daxili dövlət borcu 19 faiz artıb

2023-cü il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya cari il üçün proqnozlaşdırılan ÜDM-in 4,5%-ni təşkil edir. Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib.
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin yanvar-iyununda daxili dövlət borcu 782,1 milyon manat yəni 18,7% artıb.
"Daxili dövlət borcunun artımı dövlət borcunun idarə edilməsi strategiyasına uyğundur və daxili bazarda borclanmanın artırılması hesabına xarici borcun tədricən azaldılmasına xidmət edir”, - Maliyyə Nazirliyi vurğulayıb.
Maliyyə Nazirliyinin məlumatına görə, daxili dövlət borcunun 27,5%-i bir ilədək müddətə (dövlət qiymətli kağızları buraxılmış), 52,1%-i 2-3 il müddətinə, 20,4%-i 5 və daha çox il müddətinə borclanmanın payına düşür.
Maliyyə Nazirliyinin proqnozlarına görə, 2024-cü ilə qədər Azərbaycanın daxili dövlət borcu 6 milyard 689 milyon manata çatacaq.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















