Azərbaycanda buğda yığımında məhsuldarlıq artıb

2023-cü ilin yanvar-sentyabrında ölkə üzrə əkin sahələrindən 1 833,8 min ton buğda yığılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisdə 97,7 min ton çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Bi il 542,8 min hektar sahədə buğda əkilib ki, bu da 2022-ci ilin göstəricisindən 0,1 faiz və ya 600 hektar azdır.
Cari ilin səkkiz ayında Azərbaycanda buğda istehsalı 668,319 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,9% çox olub.
2023-cü il keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.
Cari ildə Azərbaycanda ərzaqlıq buğda üçün 180 milyon manat vəsait ayrılıb. Taxıl fondunun artırılması üçün 87,1 milyon manat ayrılması nəzərdə tutulub.
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir.
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















