• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana $218 milyon dəyərində minik avtomobili idxal edilib

Azərbaycana $218 milyon  dəyərində minik avtomobili idxal edilib
18.03.2024 16:36
2024-cü ilin yanvar-fevralında Azərbaycana  ümumi dəyəri 247 milyon 612,64 min dollar (artım 24,2%) olan 13299 ədəd nəqliyyat vasitəsi (azalma 4,6%) idxal edilib, - Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə respublikaya idxal olunan nəqliyyat vasitələrinin əksəriyyəti  minik avtomobilləri və sərnişindaşıma üçün nəzərdə tutulmuş digər motorlu nəqliyyat vasitələri olub. Belə ki ilk iki ayda ölkəyə  12 023 ədəd (artım 24,2%) və ya  217 milyon 721,19 min dollar  dəyərində (azalma 7,2%) minik avtomobili və sərnişindaşıma üçün nəzərdə tutuan motorlunəqliyyat vasitəsi gətirilib.  O cümlədən, 22 milyon 852,28 min dollar dəyərində 541 elektromobil və dəyəri  82 milyon 728,5 min dollar dəyərində 2571 ədəd  hibrid avtomobillər idxal edilib. 

Bundan əlavə, Azərbaycana 22 milyon 526,61 min ABŞ dolları (artım 66%) dəyərində 1185 ədəd (artım 36%) yük daşımaları üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri, 6 milyon 335,08 min dollar dəyərində 67 ədəd xüsusi təyinatlı avtomobillər (azalma 23,9%) gətirilib. 

2023-cü ildə Azərbaycana nəqliyyat vasitələrinin idxalı 95,971 min ədəd təşkil edib. Onların ümumi dəyəri isə 1 milyard 680 milyon 652,85 min dollar olub. 
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol