• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci rübdə Bakı Hava Limanında sərnişin axını. 1,4 dəfə artıb

Birinci rübdə Bakı Hava Limanında sərnişin axını. 1,4 dəfə artıb
06.04.2024 16:22
2024-cü ilin birinci rübündə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindaşıma ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2% artaraq 1 milyon 464 min nəfərə çatıb.

Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-mart aylarında 15-i aşağı büdcəli aviaşirkət olmaqla 39 aviaşirkət 12 378 uçuş həyata keçirib.

Birinci rübdə beynəlxalq marşrutlarda 1 milyon 319 min nəfər (+43,5%) daşınıb. Eyni zamanda, xarici aviaşirkətlər 656 min, Azərbaycan Hava Yolları (AZAL) 662 min sərnişinə xidmət göstərib.

Hesabat dövründə ən populyar beynəlxalq istiqamətlər İstanbul, Abu Dabi, Tbilisi, Dubay və Moskvaya reyslər olub.

Naxçıvan istiqamətində 144 mindən çox sərnişin daşınıb.

Bundan əlavə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə tranzit sərnişinlərin sayı 82,7% artaraq 72 min nəfəri ötüb.

Hazırda Azərbaycanın müxtəlif regionlarında 8 beynəlxalq hava limanı var.

2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını 2022-ci illə müqayisədə 33% artaraq rekord həddə - 5,85 milyon nəfərə çatıb.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol