• $
  • €
  • ₽
  • ₺
  • £

Əsas kapitala qoyulan investisiyanın həcmi 11,8% artıb - DSK

Əsas kapitala qoyulan investisiyanın həcmi 11,8% artıb - DSK
15.05.2024 12:45
2024-cü ilin yanvar-aprelində əsas kapitala 5230,4 milyon manat həcmində investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur. Bu barədə Dövlət Statistika KOmitəsinin hesabatında qeyd olunub.
 
Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 %, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 % artıb.
 
"4 ayda istifadə olunmuş investisiyanın 2828,9 milyon manatı (54,1%-i) məhsul istehsalı sahələrinə, 1979,3 milyon manatı (37,8 %-i) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
 
Əsas kapitala yönəldilmiş investisiyaların 4210,1 milyon manatını ( 80,5 %-ni) daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3687,6 milyon manatı (70,5 %-i) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub", - hesabatda qeyd olunub.

Bundan əvvəl  BP tərəfdaşları ilə birlikdə Azərbaycanda və regionda layihələrə 84 milyard dollardan çox sərmayə qoyduğunu açıqlayıb. 
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çox olub. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Aygün
 


 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol