• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “Mükəmməl iş yeri” titulunu qorumağa davam edir

Kapital Bank “Mükəmməl iş yeri” titulunu qorumağa davam edir
12.06.2024 12:51
Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank 2024-cü ildə də "Great Place to Work” sertifikatına layiq görülərək işçi məmnuniyyəti və iş şəraiti üzrə yüksək standartları qoruyub saxladığını bir daha təsdiq etdi. 

Qeyd edək ki, "Great Place to Work” ("Mükəmməl iş yeri”) beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir. 

Şirkət tərəfindən aparılan qiymətləndirmələrdə Kapital Bank əməkdaşlar tərəfindən "Karyera yüksəlişi imkanları”, "Pozitiv iş mühiti və şirkət mədəniyyəti”, "İş və həyat balansı” kimi bir çox kateqoriyada yüksək dəyərləndirilib.

Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva bu mükafata layiq görülməyin qürurverici olduğunu vurğulayaraq bildirib: "Bizim İstedadların idarə edilməsi üzrə strategiyamız əməkdaşları peşəkar olaraq yetişdirməyə, liderlik bacarıqlarını artırmağa, onları motivasiyada saxlamağa, eyni zamanda şəxsi bacarıqlarının inkişafı üçün rahat mühit yaratmağa fokuslanıb. Çünki doğru yolun belə olduğundan əminik, istiqaməti dəqiq bilirik. Çox sevinirəm ki, səsləndirdiyimiz fikirlər rəsmi olaraq da öz təsdiqini tapıb. Uğur qazanmaq qədər onu qoruyub saxlamaq da önəmlidir. Mükəmməl iş yeri adını 2-ci dəfə qazanmaq çox qürurvericidir. Bütün uğurlarımız kimi bu uğurumuzun da səbəbkarı olan komandamıza təşəkkür edirəm. Doğru yolda böyük addımlarla irəliləyəcəyimizə inanıram.”

Bu sertifikat Kapital Bank-ın işçi məmnuniyyəti, inkişaf imkanları və iş mühiti üzrə yüksək standartlarını təsdiqləyir və işəgötürən brendi olaraq böyük bir üstünlük yaradır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol