• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Xaçmaz və Bakının 3 rayonunda qaz olmayacaq

Bu gün Xaçmaz və Bakının 3 rayonunda qaz olmayacaq
14.06.2024 09:37
Bu gün Xaçmaz rayonunun Xudat şəhəri və Bakının Nizami, Səbail və Xətai rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Xudat” qaz paylayıcı stansiyanın (QPS) "Qaz İxrac” İdarəsinə məxsus texnoloji hissəsində görüləcək təmir işləri ilə əlaqədar iyunun 14-də saat 10:00-dan 17:00-dək "Xudat” QPS-dən qidalanan "Xudat” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Xaçmaz rayonunun (Xudat şəhəri, rayonun 30 kəndı) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Həmçinin bu gün paytaxtın Nizami, Səbail və Xətai rayonları ərazisində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Nizami rayonu üzrə Qara Qarayev, Naxçıvanski, Bəhruz Nuriyev, Babək və İlham Məmmədov küçələrinin Səbail rayonu üzrə Bayıl qəsəbəsinin Buxta küçəsinin, Xətai rayonu üzrə isə Oksigen, Q.Məmmədov, Zığ yolu, Sadıqcan, Cavanşir, R.Quluyev, Kombinant küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol