• $
  • €
  • ₽
  • ₺
  • £

700-dən çox gənc doğru yolu seçdi!

700-dən çox gənc doğru yolu seçdi!
25.06.2024 16:25
Azercell və Cüdo Federasiyasının "Doğru yol budur” layihəsi öz töhfəsini verir!
 
"Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda həyata keçirdiyi "Doğru yol budur" sosial kampaniyasına qoşulanların sayı hər gün artır. Artıq Azərbaycanın müxtəlif bölgələrindən 700-dən çox şəxs bu çağırışa cavab verərək mütəmadi məşqlərdə iştirak edir. Layihə cəmiyyətimizdə, xüsusilə də gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
 
Qeyd edək ki, "Doğru yol budur” kampaniyası çərçivəsində Cüdo Federasiyasının məktəbləri və bölmələri fəaliyyət göstərən bölgələrdə qeydiyyatdan keçən gənclərə 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı verilib. Layihə əsnasında məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film çəkilib, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə eyni konsepsiyanı davam etdirən posterlər yerləşdirilib.
 
Xatırladaq ki, 26 iyun BMT tərəfindən Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilib və bu gün ictimaiyyətin diqqətini narkomaniya problemlərinə yönəltməyi hədəfləyib. "Azercell Telekom” yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi sürərək asudə vaxtlarını səmərəli keçirməyə çağırır!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol