• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyranbatan su anbarında suyun həcmi artıb

Ceyranbatan su anbarında suyun həcmi artıb
29.07.2024 17:56
Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə artaraq  ötən ilki 24,64 metrdən 27,49 metrə  kimi artıb. Bu barədə  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmət məlumat verib. 

"Hazırda Ceyranbatan su anbarında suyun səviyyəsi 27,49 metr, həcmi isə 171.37 milyon kubmetrdir.  Keçən ilin müvafiq dövründə suyun səviyyəsi 24,64 metr, həcmi isə 135.35 milyon kubmetr olub", - məlumatda bildirilib. 

2024-cü ilin iyununda gölün səviyyəsi 27,87 metr olub.
 
"Yay aylarında suya tələbat çox olduğundan gölün səviyyəsi günə 1 santimetr düşür. Bizim qurğular gölün 18 metr hündürlüyündən suyu götürür. Yay aylarında suyun götürülməsi norma həddindədir. Bu göstəricilər yay ayları üçün normal hesab olunur", xidmət bildirib. 
 
Ceyranbatan su anbarı Bakı və Sumqayıt şəhərlərində içməli və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılıb. Su anbarının su tutumu 186 mln kubmetr, faydalı həcmi 150 mln. kubmetrdir.  Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir.
 
Gölün qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır.
 
Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılıb. 
 
2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınıb. 
 
N.Təbrizli 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol