Azərbaycandan aviareyslərin sayı artıb
![Azərbaycandan aviareyslərin sayı artıb Azərbaycandan aviareyslərin sayı artıb](https://anews.az/photo/850x500/2024-08/1722855389_083e767c-3945-354e-bbf8-cece16b28d2f_850.png)
2024-cü ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan aviareyslərin sayı 20,6% artaraq 14.915 aviareys təşkil olunub. Bu barədə Dövlət Turizm Agentliyinin hesabatında bildirilib.
Bütövlükdə Azərbaycandan 36 ölkəyə uçu.lar həyata keçirilib. 2023-cü ildə onların sayı 32 olub.
Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya uçuşlar həyata keçirilib. Belə ki, 2024-cü ilin ilk 7 ayında bu ölkəyə edilən uşuşların sayı 11,6% artaraq 4342 reys olub.
Təkcə iyulda Azərbaycandanxarici istiqamətdə edilən aviareyslərin sayı 12,6 % artıb və 2645 təşkil edib. Bunların da 718 reysi Rusiya istiqamətində olub.
Rusiyadan sonra uşuçların sayına görə ikinci yerdə Türkiyə durur. Belə ki, bu ilin 7 ayında Türkiyəyə 3322 reys həyata keçirilib bu da 2023-cü ilin eyni dövründən 7,2% çoxdur.
Növbəti yerləru Birləşmiş Ərəb Əmirlikləri (1752 reyslə , +33,1%), Gürcüstan (1163, +35 %), Səudiyyə Ərəbistanı (508, -4,9%) , Qazaxıstan (460, +5%), Hindistan ( 373, +7,4 dəfə) , Qətər (345, +63,5%), Küveyt (248, +24,6%) və Özbəkistan ( 246, - 56%) bölüşdürüb.
N.Təbrizli
www.anews.az