ABŞ-nin neft ehtiyatları artıb

ABŞ-də kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 4,1 milyon barel artaraq 7 fevral 2025-ci il tarixinə 427,9 milyon barel təşkil edib.Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4 % azdır.
Məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1,27 % ucuzlaşaraq 76,02 dollar/barelə, WTI markalı neftin mart fyuçerslərinin dəyəri isə 1,46 % ucuzlaşaraq 72,25 dollar/barelə bərabər olub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















