Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek!

ABB Tam DigiCard Mastercard sahiblərinə özəl kampaniyaya start verib. Kampaniya 12 avqust – 15 sentyabr 2024-cü il tarixlərində (hər iki tarix daxil olmaqla) davam edəcək. Kampaniya müddətində Tam DigiCard Mastercard əldə edən müştərilər nağdsız ödənişlər zamanı 10% keşbek qazanacaqlar.
Kampaniya şərtləri:
• Təklif Tam DigiCard Mastercard debet kartlarını kampaniya müddətində yeni əldə edən müştərilərə şamil olunur.
• Kampaniya müddətində qazanılan keşbeklər dərhal müştərilərin keşbek balansına köçürüləcək.
• Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri, nağdlaşdırma əməliyyatları və ləğv edilmiş ödənişlər nəzərə alınmayacaq.
• Bir müştərinin hər kart üzrə qazana biləcəyi maksimal keşbek məbləği 10 AZN-dir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı

İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Son xəbərlər 
Daha çox 





















