• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa ölkələri qaz anbarlarını qazla doldurub

Avropa ölkələri qaz anbarlarını qazla doldurub
21.08.2024 16:15
Avropa ölkələrinin anbarlarındakı qaz ehtiyatları avqustun 19-na 90%-ə çatıb və buna iki aydan bir az çox vaxt sərf edilib. Bu barədə Bloomberg məlumat yayıb.
 
Nəşr qeyd edir ki, yay tədarükünün yavaş olması səbəbindən anbarın doldurulma səviyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə bir qədər aşağı olsa da, son beş ilin orta göstəricidən xeyli yüksəkdir.

Avropa tədarükün qəfil kəsilməsi riski altındadır.  Bu ilin sonunda Moskva ilə Kiyev arasında tranzit sazişinin müddəti başa çatdıqdan sonra Avropa ölkələri Rusiyadan gələn boru kəməri axınlarını nə ilə əvəz edəcəklərini  hələ də müzakirə edirlər.

Bundan əlavə, bazar Norveçdə planlaşdırılan texniki xidmət cədvəlindəki dəyişiklikləri diqqətlə izləyir ki, bu da sentyabrın böyük hissəsi üçün boru kəmərləri ilə qaz tədarükünün təxminən 50% azalmasına səbəb olacaq.

Bu arada qazın qiyməti iki həftə ərzində hər bir MVt/saat üçün 37,85 avro təşkil edir.
 
Avropa Birliyi Azərbaycandan Rusiya ilə danışıqlar aparmağı və gələn il də bu ölkədən qaz ixracını davam etdirməyi xahiş edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev də iyulun 22-də keçirdiyi brifinqdə təsdiqləyib. 
 
Əks halda Avstriya və Slovakiya bu qış qazsız qala bilər. 
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol