• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Biznes yük gömrük bəyamnaməsi əməliyyatlarında yeni həllər təqdim edir

Birbank Biznes yük gömrük bəyamnaməsi əməliyyatlarında yeni həllər təqdim edir
06.09.2024 14:07
Birbank Biznes xaricə köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində mühüm yeniliklər tətbiq edib. Artıq müştərilər göstərilən xidmətlər və alınan malların ödənişlərini daha rahat və sürətli həyata keçirə biləcəklər. Belə ki, idxal və ixrac əməliyyatlarının tərkib hissəsi olan avans və yük gömrük bəyamnamələrinin (YGB) ödəniş prosesi müştərilərin rahatlığı üçün sadələşdirilib.

Yeniliklərdən biri müştərilərin Dövlət Gömrük Komitəsinin səhifəsinə keçid etmədən birbaşa Birbank Biznes platformasında gömrük avans kodunu yaratmaq imkanıdır. Qeyd edək ki, bu xidmət ölkəmizdə bir ilkdir və məhz Birbank Biznes tərəfindən tətbiq olunub. Bundan əlavə, müştərilərin gömrük avans kodu məlumatlarını avtomatik dolduraraq əldə etməsi mümkün olacaq. Bu da məlumatların manual daxil edilməsi ehtiyacını minimuma endirir və səhv ehtimalını tamamilə aradan qaldırır.

Yeni köçürmə sistemi müştərilərə YGB nömrəsini əlavə etməklə müqavilə məlumatlarına, YGB-nin ümumi dəyərinə və qarşı tərəf haqqında ətraflı məlumatlara sürətli çıxış imkanı verir. Bu funksiya müştərilərə ödəniş etmək istədikləri YGB üzrə aktual məlumatları daha rahat əldə etməyə və ödəniş prosesinin avtomatlaşdırılmasına dəstək olur.

Eyni zamanda, idxal-ixrac bölməsində müştərilər avans və ona uyğun YGB məlumatlarını, ödənişlərin statuslarını izləyə bilərlər. Onu da qeyd etmək lazımdır ki, Dövlət Gömrük Komitəsinin sistemində yaradılan avans ödənişləri barədə məlumat avtomatik olaraq müştəriyə təqdim edilir və ödənişlərin məsafədən tam idarə olunması təmin edilir.   

Ətraflı məlumat üçün: https://kbl.az/bbpraka
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr  saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol