Yanvarda ÜDM 0,9% azalıb - Rəsmi
![Yanvarda ÜDM 0,9% azalıb - Rəsmi Yanvarda ÜDM 0,9% azalıb - Rəsmi](https://anews.az/photo/850x500/2025/02/13/1739435464_ssss.jpg)
2024-cü ilin yanvarında ölkədə 9430,2 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,9%. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Yanvarda neft-qaz sektorunun əlavə dəyəri 4% azalıb, qeyri neft-qaz sektorunda isə 1% artıb.
İqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycanda ÜDM-in əsas göstəriciləri enerji sektorunda, eyni zamanda büdcə xərcləmələrinin iqtisadiyyata təsiri ilə ölçülür.
"Azərbaycanda yanvarda həm istehsal azalıb, həm də büdcə ayırmaları yanvarın sonundan başlayaraq büdcə layihələrinə xərclərin ayrılması baş verir. Hən neft istehsalının azalması həm də büdcənin açılmasının gecikməsi ÜDM azalmasına əsas faktordur. Əgər bu fevral, mart aylarında da davam etsə, bu daha təhlükəli tendesiya ala bilər. Yox əgər müvəqqətidirsə problem deyil",- ekspert bildirib.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Gülnar Nazimqızı