Əsas kapitala investisiya qoyuluşu 50% azalıb
![Əsas kapitala investisiya qoyuluşu 50% azalıb Əsas kapitala investisiya qoyuluşu 50% azalıb](https://anews.az/photo/850x500/2025/02/13/1739436083_1705396333_1702373855_657825eb846f6657825eb846f7170237284309c0c6e0726b3fd94689c6378570bdf1.jpg)
2025-cü ilin yanvarında ölkədə əsas kapitala 787,0 milyon milyon manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Yanvarda neft-qaz sektoruna investisiyaların həcmi 40,5% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 54,8 % azalıb.
Əsas kapitala qoyulan vəsaitin 60,2% daxili investisiyalar təşkil edib.
2024-cü ilin yanvarında investisiya qoyuluşu 2023-cü ilin yanvarı ilə müqayisədə 37,4% çox olub.
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib.
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura 12 milyarda yaxın vəsait xərclənib. 2026-ci ilə qədər bu vəsaitin 32 milyarda çatması gözlənilir.
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
Gülnar Nazimqızı