• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasına start verilib

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasına start verilib
14.02.2025 17:55

Ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirən 21-ci
Azərbaycan Biznes Keys Yarışmasına (ABCC) start verilib. Birbank-ın da sponsor
olduğu layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA)
təşkilatçılığı ilə keçirilir. Layihənin əsas məqsədi gənclərin maliyyə, marketinq,
hesabat, texnologiya və idarəetmə sahələrində praktiki bacarıqlarını inkişaf
etdirməkdir. Yarışma iştirakçıları həmçinin mütəxəssislərlə tanış olmaq və karyera
imkanlarını genişləndirmək fürsəti də qazanırlar. Belə ki, iştirakçılar real biznes
problemləri üzərində işləyərək analitik və strateji düşünmə bacarıqlarını inkişaf
etdirirlər. Sonda komandalar problemlərin həlli üçün strategiyalar hazırlayaraq,
təkliflərini mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edirlər. Sessiyalarına
fevral ayından etibarən başlanan layihə aprel ayında qaliblərin elan edilməsi ilə başa
çatacaq.


2002-ci ildən etibarən ənənəvi olaraq keçirilən layihədə bu vaxta qədər 2000-dən çox
tələbə iştirak edib. Yarışmada istifadə olunan biznes problemləri Harvard Biznes
Məktəbindən rəsmi olaraq təmin edilir.


Yarışma çərçivəsində 20 iştirakçı Birbank-ın ofisində keçirilən xüsusi sessiyada iştirak
edib. Burada bankın peşəkar mütəxəssisləri tərəfindən tələbələrə bank sektorunda
innovativ həllər, biznes strategiyaları və maliyyə idarəçiliyi mövzusunda biliklər
təqdim olunub.
Qeyd edək ki, Birbank təkcə maliyyə xidmətləri sahəsində deyil, həm də gənclərin
bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək olmaqla cəmiyyətə
töhfə verməyə çalışır. Bank peşəkar inkişaf imkanları yaratmaqla gənclərin əmək
bazarına daha hazırlıqlı daxil olmasına kömək edir. Azərbaycan Biznes Keys
Yarışması da bu missiyanın bir hissəsi kimi, gənclərə biznes dünyasında
rəqabətqabiliyyətli olmaq üçün real təcrübə qazanmaq imkanı yaradır.


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan
çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci
ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini
davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün
//birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol