• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə Azərbaycanın uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

ABB-nin dəstəyi ilə Azərbaycanın uşaq futbol komandası
beynəlxalq turnirdə 4-cü oldu
02.05.2025 19:55

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge"
turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin baş
sponsorluğu ilə turnirdə ikinci dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün
oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda
keçirilib. Azərbaycanı təmsil edən U12 komandası yarımfinala yüksələrək Türkiyə
komandası ilə 1:1 hesabı ilə oyunu bitirib və penaltı mərhələsindən sonra turnirdə 26
komanda arasında 4-cü yeri tutub.


Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real
Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2024-cü ilin iyununda bu
proqram ölkəmizdə də ikinci dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və
Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis
Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü
oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb.


“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2025-ci ilin 23-27
iyun tarixlərində Bakıda ABB-nin baş sponsorluğu ilə yenidən təşkili nəzərdə tutulur.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937
nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol