• $ 1.7
  • € 1.9324
  • ₽ 0.021932
  • ₺ 0.0433
  • £ 2.2936

Azərbaycan qaz ixracını 8 mlrd kubmetr artıracaq - İlham Əliyev

Azərbaycan qaz ixracını 8 mlrd kubmetr artıracaq - İlham Əliyev
02.06.2025 11:47

Enerji sektoru Azərbaycanın ÜDM-də 30 faizdən çox paya malikdir.  Bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsində bildirib.

“Azərbaycan sabit siyasi sistemə və inkişaf edən iqtisadiyyata malik ölkədir. Xarici borcumuz ÜDM-in 7 faizindən azdır, maliyyə ehtiyatlarımız isə xarici borcu 14 dəfə üstələyir”, — dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, yoxsulluq səviyyəsi 5 faizə endirilib, təhsilə böyük sərmayələr qoyulub və savadlılıq səviyyəsi 100 faizə yaxındır. Azərbaycanın dənizə çıxışı olmasa da, ölkə regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilib və infrastruktur layihələrinə iri yatırımlar edilib.

Əliyev vurğulayıb ki, ölkənin enerji layihələri Avrasiyanın enerji xəritəsini dəyişib. 

“Biz Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərləri inşa etdik. Boru kəmərlərimizin tacı olan Cənub Qaz Dəhlizi 3,500 kilometr uzunluğunda olub Azərbaycanın dəniz yataqlarını İtaliya ilə birləşdirir”, — Prezident qeyd edib.

O əlavə edib ki, Azərbaycan təbii qaz ixracını genişləndirir və hazırda qaz səkkiz deyil, artıq 12 ölkəyə ixrac olunur.
 “Bu son deyil”, — deyən Əliyev yeni ölkələrlə danışıqların və sərmayələrin davam etdiyini vurğulayıb.

Ötən il Azərbaycanın qaz ixracı 25 milyard kubmetrə çatıb. Prezidentin sözlərinə görə, 2030-cu ilə qədər ixrac həcmi əlavə 8 milyard kubmetr artırılacaq. 

Eyni dövrdə Azərbaycanın bərpa olunan enerji üzrə quraşdırılan gücü 6.5 gigavatta çatdırılacaq.

“Biz enerji ehtiyatlarını düzgün idarə etdikdə və investorlar, tranzit ölkələri və istehlakçılar arasında maraqlar balansına diqqət yetirdikdə uğur əldə edirik”, —  Əliyev əlavə edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq
İqtisadiyyat 16:17
ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq
“Qarabağ” yatağından ilk neft 2029-cu ildən çıxarılacaq
İqtisadiyyat 16:07
“Qarabağ” yatağından ilk neft 2029-cu ildən çıxarılacaq
Azərbaycanda 10 günəş və külək enerji stansiyaları tikiləcək
İqtisadiyyat 15:05
Azərbaycanda 10 günəş və külək enerji stansiyaları tikiləcək
Azərbaycanda pul bazası artıb
İqtisadiyyat 14:36
Azərbaycanda pul bazası artıb
Azərsun Holdinq” jurnalist övladları üçün əyləncə təşkil edib
İqtisadiyyat 14:03
Azərsun Holdinq” jurnalist övladları üçün əyləncə təşkil edib
Qızıl cüzi ucuzlaşıb
İqtisadiyyat 13:53
Qızıl cüzi ucuzlaşıb
Yelo Bank güzəştli biznes krediti ilə sahibkarlığa dəstək olur
İqtisadiyyat 13:38
Yelo Bank güzəştli biznes krediti ilə sahibkarlığa dəstək olur
Azərbaycan bp-nin uzunmüddətli enerji strategiyasında əsas rola malikdir - bp
İqtisadiyyat 12:12
Azərbaycan bp-nin uzunmüddətli enerji strategiyasında əsas rola malikdir - bp
bp Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda iştirak payı əldə etdi
İqtisadiyyat 11:35
bp Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda iştirak payı əldə etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol