BTC ilə 537 milyon ton Azərbaycan nefti ixrac olunub

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2025-ci il iyulun 1-dək ümumilikdə 537,2 milyon ton Azərbaycan nefti ixrac edilib. Bu, ümumi neft ixracının 88%-ni təşkil edir. Bu barədə SOCAR məlumat yayıb.
Kəmərlə əlavə olaraq 66,6 milyon ton tranzit neft də daşınıb.
BTC 2006-cı ildə istismara verilib və əsasən “Azəri-Çıraq-Günəşli” yatağının nefti və “Şahdəniz” kondensatını daşıyır.
BTC Co. konsorsiumuna bp (30,1%), SOCAR (32,97%), MOL, TPAO, Eni, TotalEnergies və digər şirkətlər daxildir.
Gülnar
Son xəbərlər
Daha çox 