“AzərEnerji” elektrik enerjisi istehsalını artırıb

2025-ci ilin yanvar-iyun aylarında “AzərEnerji” ASC tərəfindən 12,32 milyard kVt/saat elektrik enerjisi istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 404,3 milyon kVt/saat və ya 3,4% çoxdur. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
İstehsalın 10,44 milyard kVt/saatı istilik, 1,85 milyard kVt/saatı su, 30,7 milyon kVt/saatı isə günəş elektrik stansiyalarının payına düşüb.
İllik müqayisədə istilik stansiyalarında istehsal 0,1% azalıb, su elektrik stansiyalarında isə 26,2% artım qeydə alınıb. Günəş stansiyalarında istehsal cüzi – 0,7% artıb.
Eyni dövrdə “Azərişıq” ASC üzrə külək stansiyalarında 14,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilə nisbətən 33,3% azdır. Müstəqil elektrik stansiyalarında isə 1,51 milyard kVt/saat enerji hasil edilib – bu, 8,5% artım deməkdir.
Aytac