AMB 2 sığorta şirkəti ilə bağlı sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Atəşgah Sığorta” və “Meqa Sığorta” ASC-lərə icrası məcburi olan sərəncam təqdim edib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Hər iki şirkətdə aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması faktı aşkarlanıb.
Bununla əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən, sığorta şirkətlərinə məcburi göstəriş verilib.
Gülnar