OPEC: 2025 və 2026-cı illərdə “OPEC+” üzvü olmayan ölkələrdə hasilat artacaq

“OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 2025-ci ildə 54,01 milyon barel, 2026-cı ildə isə 54,74 milyon barel səviyyəsində proqnozlaşdırılır. Hər iki göstərici əvvəlki proqnozla dəyişməz qalıb. Bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.
2025-ci il üzrə proqnoz, 2024-cü illə müqayisədə 0,81 milyon barel, 2026-cı il üzrə isə 2025-ci illə müqayisədə 0,73 milyon barel artımı göstərir.
Hesabatda qeyd olunub ki, 2024-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrin ortalama gündəlik hasilatı 53,2 milyon barel olub ki, bu da 2023-cü illə müqayisədə 1,36 milyon barel çoxdur. 2023-cü ildə isə bu göstərici 51,84 milyon barel təşkil edib.
“OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələrin neft hasilatını tənzimləməyə dair razılaşmasıdır. Azərbaycan da bu təşəbbüsdə iştirak edir.
Gülnar