• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropoliteni 25,4 milyon manatlıq layihəni Rusiya universitetinə həvalə edib

Bakı Metropoliteni 25,4 milyon manatlıq layihəni Rusiya universitetinə həvalə edib
25.07.2025 16:47

“Bakı Metropoliteni” QSC, Qırmızı və Yaşıl xətlər üzrə dartı şəbəkəsinin enerji təchizatı sisteminin elektrotexniki hesabatının hazırlanmasını Rusiyanın “Nəqliyyat Universiteti” Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsinə həvalə edib. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat  verib. 

Şirkətin məlumatına görə, bu məqsədlə tərəflər arasında 25 milyon 424 min manat dəyərində müqavilə imzalanıb.

Layihə çərçivəsində dartı enerjisi şəbəkəsinin vəziyyəti araşdırılacaq, modernləşmə imkanları və texniki inkişaf istiqamətləri qiymətləndiriləcək.

Rusiya Nəqliyyat Universiteti ölkənin nəqliyyat sahəsində ixtisaslaşmış aparıcı ali təhsil müəssisələrindən biridir.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda üç əsas xətt – qırmızı, yaşıl və bənövşəyi xətlər üzrə xidmət göstərir. Sistemin texniki modernləşdirilməsi son illərdə dövlət investisiyaları hesabına sürətlənib.

Qırmızı və yaşıl xətlər şəhərin əsas nəqliyyat arteriyalarını birləşdirir və gündəlik sərnişin axınının böyük hissəsini təşkil edir. Dartı enerjisi şəbəkəsi metronun hərəkət edən tərkiblərinə elektrik enerjisinin verilməsində əsas rol oynayır və onun dayanıqlı işləməsi sistemin ümumi təhlükəsizliyi və səmərəliliyi baxımından həlledici əhəmiyyət kəsb edir.

Hazırkı müqavilə çərçivəsində elektrotexniki hesabatın hazırlanması, mövcud infrastrukturun texniki vəziyyətinin qiymətləndirilməsi və təkmilləşdirilmə tövsiyələrinin verilməsini əhatə edir.

Rusiya Nəqliyyat Universiteti (MIIT) Moskvada yerləşir və nəqliyyat mühəndisliyi, sistem inteqrasiyası və elektrik təchizatı sahəsində ixtisaslaşmış elmi-tədqiqat və layihələndirmə işləri ilə tanınır.

Müəssisə həm də MDB məkanında metro infrastrukturlarının texniki audit və modernləşdirmə layihələrində iştirak təcrübəsinə malikdir.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol