AMB sədri sığorta sektoru rəhbərləri ilə sektorun inkişafını müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Kazımov bildirib ki, görüşdə 2025-ci ilin birinci yarısında sığorta sektorunun fəaliyyət göstəriciləri, inkişaf dinamikası və mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Onun sözlərinə görə, iştirakçılar qarşıdakı dövr üçün strateji prioritetlər və planlaşdırılan təşəbbüslər üzərində də müzakirələr aparıblar.
2025 ci ilin yanvar-iyununda ölkədə 16 sığorta şirkətinin xətti ilə 817,048 milyon manat sığorta haqqı toplanılıb. Bu, da ötən ilin eyni dövrü ilə müqayisdə 12,7 % çoxdur.
Azərbaycanda hazırda 17 sığorta şirkəti fəaliyyət göstərir.
Gülnar